Bakı-Sumqayıt qatarlarının sayı artırılır - Yeni cədvəl

Bakı-Sumqayıt qatarlarının sayı artırılır - Yeni cədvəl
  08 Dekabr 2016    Oxunub:2934
Dekabrın 11-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətinin intensivliyinin artırılması və daha da optimallaşdırılması məqsədilə hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, yeni hərəkət cədvəlində elektrik qatarlarının sayı hər iki istiqamətdə 2 qatar artırılacaq.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:50, 08:20, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 18:45, 19:15, 19:35, 19:50 və 20:30-da, Sumqayıt-sərnişin stansiyasından isə 07:00, 07:15, 07.30, 07:45, 08:00, 08:38, 09:10, 09:50, 17:00, 18:10, 18:47 və 19:30-da yola düşəcək.

2016-2017-ci illər üçün Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli (11 dekabr 2016-cı ildən)



AzVision.az


Teqlər:  





Xəbər lenti