Bakı-Quba yolunda ağır qəza - iki ölü

Bakı-Quba yolunda ağır qəza - iki ölü
  18 Dekabr 2014    Oxunub:1132
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba avtomobil yolunun 49-cu km-də “İveco” markalı yük avtomobili ilə “Tofas” markalı minik avtomobili toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyitləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti