Bahalı baş daşlarına qadağa - AÇIQLAMA

Bahalı baş daşlarına qadağa - AÇIQLAMA
  28 Noyabr 2014    Oxunub:1675
Hal-hazırda layihə hazırlanır.
AzVision.az xəbər verir ki, bu barədə aznews.az-a Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, qəbirlərə bahalı baş daşlarının qoyulmasının qarşısının alınması ilə bağlı layihə hazırlanır, amma hələ ki, bununla bağlı qəti qərar yoxdur.

Baş mühəndis onu da bildirib ki, Bakı şəhərində qəbiristanlıqlar üçün xüsusi yerlər ayrılacaq. S.Həsənovun sözlərinə görə, qəbiristanlıqların köçürülməsi ilə bağlı yayılan məlumatlar isə yalandır:

“Qəbristanlığın köçürülməsi üçün ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı olmalıdır. Müəyyən sahə ayrılmalı, həmin sahə təmizlənməli, qəbiristanlıq üçün yararlı vəziyyətə gətirilməlidir. Bundan sonra qəbristanlığın köçürülməsinə baxıla bilər. Çünki qəbiristanlıq köçürülməsi asan iş deyil”, - deyə Sabir Həsənov bildirib.


Teqlər:





Xəbər lenti