Bağdadi öldü - İŞİD açıqlama yaydı

Bağdadi öldü - İŞİD açıqlama yaydı
  25 Aprel 2015    Oxunub:3362
İŞİD yetkililəri terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin öldüyünü təsdiqləyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı Bağdadinin son hava hücumlarından sonra öldüyünü və artıq təşkilatın yeni liderinin Əbu Əla əl-Əfri olduğunu açıqlayıb.

İŞİD-in açıqlamasına görə ABŞ-ın təşkil etdiyi hava hücumunda yaralanan Bağdadi Suriyanın Rakka şəhərində həkimin qollarında can verib. İŞİD-in yeni lideri isə Təlafər şəhərində Səddam Məscidində elan edilib.

İraq mediasının yaydığı məlumata görə, Əbu Əla əl-Əfri ləqəbi verilən yeni “xəlifə”nin əsl adı Əbdürrəhman Mustafa əl-Şeyxlərdir. Təlafər şəhərində doğulan terrorçu lider fizika müəllimi və ilahiyyət təhsili almasına baxmayaraq, avtobus sürücüsü kimi çalışıb. 1990-cı illərdə Təlafərdə cihad idelogiyasının ilk müəllimlərindən olub və çox vaxt gizli şəkildə `Böyük Bazar` məscidində moizələr oxuyub.

2004-cü ildə ölkəsindən qaçan əl-Əfri daha sonra “əl-Qaidə” terror təşkilatına qoşulub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti