Baba altı nəvəsini və qızını öldürdü

Baba altı nəvəsini və qızını öldürdü
  19 Sentyabr 2014    Oxunub:1905
ABŞ-ın Florida ştatında 51 yaşlı kişi altı nəvəsini və qızını öldürərək, özünə qəsd edib.
Bu barədə AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir.

Hadisə ştatın şimalında Bell şəhərində baş verib. Belə ki, 51 yaşlı Don Spirit üç aydan altı yaşa qədər olan nəvələrini və qızını güllələyib.

Hadisə yerinə gələn polis əməkdaşları onunla danışıqlar aparmaq istəyib. Lakin polislərin gəldiyini görən baba özünə qəsd edib.

ABŞ polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti