BVF Yunanıstana yardım etməkdən imtina etdi

BVF Yunanıstana yardım etməkdən imtina etdi
  07 İyul 2015    Oxunub:2128
Beynəlxalq Valyuta Fondu (BVF) beynəlxalq kreditorlara olan borclarını ödəmədiyi üçün Yunanıstana maliyyə yardımı etməkdən boyun qaçırıb.
AzVision.az xəbər verir ki, bu barədə fondun rəsmi bəyanatında bildirilir.

“BVF-nin icraçı direktoru Kristin Laqard borcun buraxılmaması siyasəti çərçivəsində Yunanıstana yardım etməyin mümkün olmadığını bildirib”, - deyə bəyanatda vurğulanır.

Daha əvvəl Laqard vurğulamışdı ki, BVF “Yunanıstandakı referendumu nəzərə alıb və lazım olduğu təqdirdə yarım etməyə hazırdır”.

Qeyd edək ki, bazar günü keçirilən referendumun nəticələrinə görə, yunanlar kreditorların təkliflərini qəbul etməkdən imtina ediblər. Belə ki, seçkilərin yekun nəticələrə əsasən kreditorların təkliflərinin qəbul olunmasına 61,30 faiz seçici “xeyr”, 38,70 faiz seçici isə “bəli” cavabı verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti