BQXK aprel döyüşlərində ölənlərin dəqiq sayını bilmir

BQXK aprel döyüşlərində ölənlərin dəqiq sayını bilmir
  29 Aprel 2016    Oxunub:2276
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda aprel ayının əvvəlində baş verən döyüşlər nəticəsində ölənlər barədə dəqiq məlumata sahib deyil.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə verdiyi müsahibədə BQXC-nin baş direktoru İv Dakkor bildirib. Onun sözlərinə görə, gərginlik vəziyyəti davam etdiyi halda, dəqiq məlumata sahib olmaq çətindir.

O, qeyd edib ki, təşkilat hərbi əməliyyatlar zamanı həlak olanların cəsədlərinin qaytarılması üzrə yardımı davam etdirəcək:

“Vacib olan odur ki, hər iki tərəf itkin düşmüşlərin məsələsinin indiki halda fundamental olduğunu başa düşsün. Və əgər onlar yalnız bir neçə nəfər olsalar belə, bizim işimiz o adamların evə qayıtmalarından ibarətdir. Dağlıq Qarabağda bu problem üzrə biz artıq addımlar atmışıq. Bundan başqa, bir neçə həlak olan əsgərin meyitini onların ailələrinə vermişik və bu işə davam edəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti