BQXK Şahbaz Quliyev məsələsində susur

BQXK Şahbaz Quliyev məsələsində susur
  27 Aprel 2015    Oxunub:1448
Ötən ilin iyul ayında Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunub.
Bu barədə rus KİV-ləri məlumat yayıb. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatı olub. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Quliyevə baş çəkib. Onlar Şahbazın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Bununla bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a açıqlamasında bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara aprelin 21-də baş çəkib. Onun sözlərinə görə, Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırılıb, onlardan da ailələri üçün məlumat alınıb.

Onların sağlıq durumuna gəlincə, BQXK-nın rəsmisi bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi girovların səhhəti ilə bağlı ictimaiyyətə açıqlama vermir.

Şahbaz Quliyevin ailəsi isə bu barədə məlumatsız olduğunu deyib.

Xatırladaq ki, Kəlbəcərdə doğma torlaqlarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa həbsxanasında saxlanılır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti