BMT İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını araşdıracaq

BMT İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını araşdıracaq
  24 İyul 2014    Oxunub:724
BMT-nin İnsan Haqları üzrə Şurası İsrailin Qəzza zolağında apardığı əməliyyatın araşdırılması üzrə müstəqil komissiya təsis edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu qərar Fələstinin BMT-yə rəsmi müraciəti əsasında qəbul edilib.

Komissiyanın yaradılmasının lehinə, Rusiya və Çin daxil olmaqla, Şuranın 47 üzvündən 29-u səs verib.

Qərarın əleyhinə yalnız ABŞ çıxıb, 17 Avropa ölkəsi isə bitərəf qalıb.


Teqlər:  





Xəbər lenti