BBC-nin cəbhədən hazırladığı reportaj - VİDEO

BBC-nin cəbhədən hazırladığı reportaj - VİDEO
  04 May 2016    Oxunub:2940
Böyük Britaniyanın BBC telekanalı cəbhəyanı zonada çəkilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə reportaj hazırlayıb.
AzVision.az xəbər verir ki, reportajda Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsi olduğu, amma bu bölgəyə Ermənistan hərbçiləri tərəfindən nəzarət edildiyi bildirilir. Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağa bitişik digər ərazilərinə də nəzarət edir.

Reportajda bildirilir ki, cari ilin aprelində1990-ci illərin ortalarından bəri uzun və mürəkkəb tarixi olan münaqişənin ən güclü eskalasiyası baş verdi.

Azərbaycanın Ağdam rayonuna səfər edən bir qrup BBC jurnalisti Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən cəmi bir neçə kilometr aralıda yerləşən xəstəxanaya baş çəkib.

Jurnalistlər xəstəxanada müalicə alan yaralılarla, həlak olanların qohumları ilə, ermənilərin atəşi nəticəsində evləri dağılan insanlarla görüşüblər.




AzVision.az


Teqlər:  





Xəbər lenti