BAXCP-dən dialoqa dəstək

BAXCP-dən dialoqa dəstək
  17 Aprel 2014    Oxunub:718
“Hakim Yeni Azərbaycan Partiyasının partiyalararasi əlaqələr və dialoq komissiyasının parlamentdə təmsil olunan muxalifət partiyaları ilə görüş keçirilməsini çox müsbət addim kimi qiymətləndirəm.” –bu fikirləri mətbuata BAXCP sədrinin ictimai-siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, bu addım cəmiyyətdə birmənalı olaraq təqdir edilir və müsbət qarşılanır: “Ölkəmizin inkişafı və demokratik ənənələrin möhkəmlənməsində partiyalararası münasibətlərin qurulması həm də vacib əhməmiyyət daşıyır. Bu, ölkənin irəli aparılmasında partiyaların rolunun artırılması olduqca vacib amildir. Ölkəmizin daha da sürətli inkişafı cəmiyyətdə partiyaların önə çıxarılmasını və dialoqu biz BAXCP olaraq daim dəstəkləmişik. İnanıram ki, bu tendensiya davam edəcək. Bununla biz cəmiyyət olaraq bütün manelərə sinə gələ bilərik. Ölkənin milli maraqlarından tutmuş bütün problemləri birgə qorunmalıdır və bunlar da birbaşa dialoqdan , birgə birgə əməkdaşlıqdan keçir. Həm də nəzər almaq lazımdır ki, YAP partiyalararası əlqaələr və dialoq komissiyasının rəhbəri hörmətli Əli Həsənov Prezident Adminstrasiyasının ictimayi və siyasi məsələr üzrə rəhbəridir. Əli müəllim də görüşün vacib olduğunu bildirib”.


Teqlər:





Xəbər lenti