Azyaşlı xilas edildi

Azyaşlı xilas edildi
  17 Sentyabr 2014    Oxunub:1231
Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının beçinci mərtəbəsindəki mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:45-də başa çatıb.


Teqlər:





Xəbər lenti