Azərbaycanlılarla dağıstanlılar arasında atışma

Azərbaycanlılarla dağıstanlılar arasında atışma
  29 Aprel 2016    Oxunub:2688
Sankt-Peterburqda dağıstanlılar və azərbaycanlılar arasında kütləvi dava düşüb.
AzVision.az Ans-ə istinadən xəbər verir ki, dava zamanı odlu silahdan istifadə olunub. Leninqrad vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin şəhər idarəsindən verilən məlumata görə, insident aprelin 28 saat 16:00-da qeydə alınıb. Sankt-Peterburqun "Vasilyevski ostrov" adlanan ərazisində Dağıstandan və Azərbaycandan olan şəxslər odlu silahlardan atəş açıblar. Hadisə zamanı iki nəfər saxlanılıb.

Qarşıdurmanın hansı səbəbdən baş verdiyi hələlik naməlumdur. Hazırda polislər insidentin səbəbini araşdırırlar. İlkin məlumata görə, heç kim xəsarət almayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti