Azərbaycanlılar erməni qadını xilas etdi

Azərbaycanlılar erməni qadını xilas etdi
  27 İyun 2016    Oxunub:23341
Rusiyanın Surqut şəhərində keçirilən milli mədəniyyət festivalında Ermənistan təmsilçisinin vəziyyəti qəfildən pisləşib.
AzVision.az `osurgut.com`-a istinadən xəbər verir ki, ilk olaraq halı pisləşən erməni qadına Azərbaycan nümayəndələri yardım edib.

"Ararat" mili-mədəni mərkəzinin sədri Armenak Simonyan hadisə ilə əlaqədar erməni xalqı adından azərbaycanlılara təşəkkür edib.

"Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu bizim xalqlarımız arasındakı yaxşı münasibətlərin bariz nümunəsi deyil? Bu, onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin, bu cür də davam edək", - deyə Simonyan bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti