Azərbaycanlılar Türkiyəyə niyə gedirlər? - SİYAHI

Azərbaycanlılar Türkiyəyə niyə gedirlər? - SİYAHI
  07 İyul 2015    Oxunub:5530
Türkiyə Miqrasiya Xidməti ötən il ölkəyə gələn əcnəbilərlə bağlı rəsmi məlumat yayıb.
AzVision.az xəbər verir ki, 2014-cü ildə 69 milyon 896 min 182 əcnəbi Türkiyə sərhədlərini keçib. Onlardan bəziləri işləmək üçün, bir çoxları isə təhsil almaq üçün bu ölkəyə üz tutublar.

Məlumatda qeyd edilib ki, ötən il Türkiyəyə 5 milyon 34 min 557 nəfər Almaniya, 4 milyon 463 min 610 nəfər isə Rusiya vətəndaşı baş çəkib.

Siyahıda sonrakı yerləri 2 milyon 353 min 664 nəfərlə İngiltərə, 1 milyon 775 min 560 nəfərlə Gürcüstan, 1 milyon 693 min 395 nəfərlə Bolqarıstan, 1 milyon 594 min 799 nəfərlə İran, 1 milyon 264 min 697 nəfərlə Hollandiya, 1 milyon 178 min 679 nəfərlə Suriya və 945 min 117 nəfərlə Fransa, 861 min 389 nəfərlə isə İraq tutub.

2014-ci ildə işləmək məqsədilə 18 min 468, təhsil almaq üçün 61 min 35 əcnəbi Türkiyədə qalmaq icazəsi alıb.

Ümumilikdə Türkiyəyə ötən il ərzində 26 min 955 nəfər Azərbaycan vətəndaşı gedib. Onların əksəriyyəti təhsil almaq, işləmək və istirahət etmək üçün bu ölkəni seçiblər.

Ötən il Türkiyəyə qeyri-qanuni yola 58 min 647 qanunsuz miqrant keçib. Onların 24 min 984 nəfəri Suriya vətəndaşıdır.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti