Azərbaycanlı “vor-zakon” saxlanıldı – Rusiyada

Azərbaycanlı “vor-zakon” saxlanıldı – Rusiyada
  18 Aprel 2015    Oxunub:13052
Rusiyada Tolik Noqinski ləqəbli ilə tanınan azərbaycanlı qanuni oğru saxlanılıb.
AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, Moskva vilayətində xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılan 32 yaşlı Taleh Dağlıyev üzərində ABŞ istehsalı olan tapança aşkarlanıb.

Avtoritetlə bağlı “silahın qanunsuz dövriyyəsi” maddəsi ilə cinayət işi açılıb. ERusiya polisi araşdırmaları davam etdirir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti