Azərbaycanlı yazarın kitabı Tiflisdə təqdim olunacaq

Azərbaycanlı yazarın kitabı Tiflisdə təqdim olunacaq
  27 May 2015    Oxunub:1773
Sabah, mayın 28-də Tiflisdə- Didube Sərgi Mərkəzində Beynəlxalq Kitab Festivalı işinə başlayır.

Beynəlxalq Kitab Festivalı çərçivəsində, saat 16.30 tanınmış yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının təqdimatı, müəlliflə görüş və imza mərasimi keçiriləcək.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə "İntellekt" (Gürcüstan) nəşriyyatında gürcü dilində nəşr olunan kitabda tanınmış gürcü ədibləri- Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelizdzenin rəyləri yer alıb.

Romanın tərcüməçisi İmir Məmmədlidir.


Teqlər:





Xəbər lenti