Azərbaycanlı və rusiyalı nazirlər futbol oynayacaq - Video

Azərbaycanlı və rusiyalı nazirlər futbol oynayacaq - Video
  04 İyul 2015    Oxunub:3050
Sabah Azərbaycanın deputat və nazirləri rusiyalı deputat və nazirlərlə futbol oynayacaqlar.
Bu barədə açıqlama verən millət vəkili Fazil Mustafa futbol matçında iki deputatın oynayacağını bildirib.

“Deputatlardan mən və Adil Əliyev komandaya seçilmişik. Məşqçinin müəyyənləşdirməsinə görə, mən sağ cinahdan hücumda oynayacam”.

F.Mustafa bu futbol matçında Azərbaycan tərəfdən nazirlər və Prezident Administrasiyasının şöbə müdirlərinin də oynayacağını qeyd edib.

“Təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov və bir sıra vəzifəli şəxslər olacaq”.

Deputat Azərbaycan komandasının məşqçisinin Vaqif Sadıqov olduğunu qeyd edib: “Dalğa Plaza” arenasında məşq etmişik. Yəqin ki, görüş də orada keçirilər. Amma dəqiq yeri bilmirəm. Matç sabah axşam saatlarında oynanılacaq, hardasa 20:00 radələrində”. (Apa tv)




Teqlər:  





Xəbər lenti