Azərbaycanlı tələbəni iranlılar öldürüb - Təfərrüat

Azərbaycanlı tələbəni iranlılar öldürüb - Təfərrüat
  28 Sentyabr 2016    Oxunub:3811
Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib. Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib.

Qətlin səbəbi hələlik məlum deyil. M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

**

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb.

Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Mərhumun meyiti bu günlərdə Azərbaycana gətiriləcək.

Qeyd edək ki, M.Səfərəliyev Ukraynada ali təhsil alırmış.

AzVision.az


Teqlər:  





Xəbər lenti