Azərbaycanlı nazir "Çelsi" oyunundan danışdı

Azərbaycanlı nazir  "Çelsi" oyunundan danışdı
  23 Aprel 2014    Oxunub:974
Xarici işlər naziri Elmar Məmmədyarov Çempionlar Liqasında dünən keçirilən "Atletiko Madrid" "Çelsi" oyunu barədə danışıb.
Nazir bu barədə bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, dünən təəssüf ki, "Atletiko Madrid" oyundan qələbə ilə ayrıla bilmədi. Ancaq 90 dəqiqə meydançada köynəklərində "Land of fire Azerbaijan" yazısı əks olunmuş futbolçular qaçırdılar.

Nazir həmçinin bildirib ki, iki ölkə arasında münasibətlər təzə-təzə inkişaf edir. Bir çox sahələrdə ikitərəfli əlaqələrin qurulmasına səy göstərdiklərini deyən Elmar Məmmədyarov İspaniya ilə siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib. O qeyd edib ki, İspaniya Dağlıq Qarabağ məsələsində bizi həmişə dəstəkləyib.(anspress)


Teqlər:  





Xəbər lenti