Azərbaycanlı milyarder ölkədən qaçdı

Azərbaycanlı milyarder ölkədən qaçdı
  06 Oktyabr 2015    Oxunub:4798
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı Azərbaycan əsilli biznesmen Rza Zərrab ölkədən qaçıb.

AzVision.az -ın məlumatına görə, bu barədə sözü gedən ölkənin mətbuatında xəbərlər yayılıb. Qeyd olunub ki, adı 17 dekabr korrupsiya qalmaqalında hallanaraq həbs edilən və bir müddət sonra azadlığa buraxılan R. Zərrab Dubaya qaçıb.

R. Zərrabın ölkəni tərk etmə səbəbinin ailəsində baş verən münaqişələr olduğu bildirilir. Məşhur biznesmenin həyat yoldaşı Ebru Gündeşlə boşanacağı ilə bağlı iddialar da türk mətbuatın gündəmini zəbt edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti