Azərbaycanlı milyarder Meksikada biznes qurur

Azərbaycanlı milyarder Meksikada biznes qurur
  21 Noyabr 2014    Oxunub:3842
Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” neft şirkəti Meksikada keçirilən tenderlərə qatılacaq.
Bu barədə AzVision.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Vahid Ələkbərov özü çıxışı zamanı bildirib.

“Tenderlərə hazırlaşırıq. Meksikada 169 blok investorlara təqdim olunacaq”, -deyə Ələkbərov vurğulayıb.

Azərbaycanlı milyarder həmçinin bildirib ki, şirkətin vitse-prezidenti Leonid Fedun özünəməxsus səhmləri satacağı təqdirdə onları ala bilər: “Əgər Fedun “Lukoyl”dakı səhmləri satsa, onda mənə satacaq”,- deyə Alekbərov vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti