Azərbaycanlı milyarder İslam Kərimovun varisi ilə görüşdə

Azərbaycanlı milyarder İslam Kərimovun varisi ilə görüşdə
  26 Sentyabr 2016    Oxunub:1972
Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyoev “Lukoyl” rəhbəri, Azərbaycanlı milyarder Vahid Ələkbərovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Özbəkistan telekanalı xəbər yayıb.

Məlumata əsasən görüş Rusiya şirkətinin Kandım qaz emalı zavodunun tikdiyi Buxara vilayətində baş tutub.

Görüş zamanı tərəflər neft-qaz sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib. Mirziyoev zavodun tikinti prosesinin gedişindən razılığını bildirib.

Vahid Ələkbərov vurğulayıb ki, şirkət Özbəkistan neft-qaz sektorunda həyata keçirilən investisiya layihələri çərçivəsində götürdükləri bütün öhdəlikləri həyata keçirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti