Azərbaycanlı heykəltəraş Papanın portretini hazırladı

Azərbaycanlı heykəltəraş Papanın portretini hazırladı
  15 İyul 2016    Oxunub:2628
Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa nəsib oldu.
Belə ki, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb. Bunun üçün azərbaycanlı heykəltəraş Romaya dəvət edilib. Xüsusis materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb.

Azərbaycanlı heykəltəraş Zeyalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirib. Qeyd edəkki portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib. (ATV.az)
AzVision.az


Teqlər:





Xəbər lenti