Azərbaycanlı hakerlər erməni casusu deşifrə etdi

Azərbaycanlı hakerlər erməni casusu deşifrə etdi
  27 Avqust 2016    Oxunub:22975
Xəbər verdiyimiz kimi, Azərbaycanlılardan ibarət “Anti-armenia Team” adlı xaker qrupu tərəfindən keçirilən kiber əməliyyatlar nəticəsində ermənistanın dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilib.

Həyata keçirilən kiber hücum nəticəsində Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə giriş əldə edilib, həmin serverlərdən tam məxfi informasiyalar ələ keçirilib. Əldə olunmuş informasiyalar arasında ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülüb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əldə olunan məlumatlarda Ermənistanın Tükiyədə fəaliyyət göstərən gizli casusu aşkar edilib. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin serverlərində şəkli olan şəxslərdən birinin kimliyi müəyyən edilib.

Adı Hazal. İ olan şəxs Türkiyədə məşhur universitetin tələbəsidir. Eyni zamanda onun HDP-nin nümayişlərində daima iştirak etdiyi məlum olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti