Azərbaycanlı gənc Nyu-Yorkda məruzə etdi

Azərbaycanlı gənc Nyu-Yorkda məruzə etdi
  31 May 2016    Oxunub:5290
“Prezident təqaüdçüləri” Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu “Mədəni Diplomatiya İnstitutu”nun dəvəti ilə Nyu-Yorkda “Konflikt zonalarında mədəni diplomatiyanın inkişaf etdirilməsində gənclərin rolu” adlı məruzəylə çıxış edib.

Tədbir BMT, Kolumbiya Universiteti, Almaniyanın “Höte” İnstitutu daxil olmaqla kifayət qədər reputasiyalı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.

Birlik sədri, həmçinin, artıq konfransın sona çatdığını bildirib: “İlk gün ərzində ilkin məruzələr dinlənildi və bir sıra tanınmış şəxslər tərəfindən çıxışlar oldu. Dünyada gedən siyasi proseslərin fonunda müxtəlif toplumlar arasında mədəni əlaqalərin yaradılması və inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparıldığı konfrans 30 may tarixində öz işinə yekun vuracaq”.

Təbriz Raufoğlu əlavə edib ki, mayın 28-də “Konflikt zonalarında mədəni diplomatiyanın inkişaf etdirilməsində gəncləin rolu” adlı məruzəylə çıxış edərək konfrans iştirakçılarına mövcud münaqişələrin yaranma səbəbləri, aradan qaldırılması istiqamətində aparılan danışıqlar və onların nəticələri haqqında məlumat verib.


Teqlər:





Xəbər lenti