Azərbaycanlı erməniyə narkotik satdı

Azərbaycanlı erməniyə narkotik satdı
  28 Fevral 2015    Oxunub:1730
Rusiyada azərbaycanlı həşiş satarkən saxlanılıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, olay Sankt Peterburqdakı kafelərdən birində baş verib.

Peterburqun Krasnoselski rayonunda kafedə əməliyyat keçirən polislər 52 yaşlı azərbaycanlı vətəndaşı saxlayıblar. O, Ermənistan vətəndaşına narkotik satarkən tutulub.

Polislər 53 yaşlı Ermənistan sakininin üzərində axtarış keçirərkən ondan 1, 200 q həşiş aşkarlayıb.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb. Hər iki saxlanan şəxs haqqında həbs qəti imkan tədbiri seçilib.


Teqlər:





Xəbər lenti