Azərbaycanlı dünyanın ən tanınmış ifaçısı oldu

Azərbaycanlı dünyanın ən tanınmış ifaçısı oldu
  05 İyul 2015    Oxunub:4374
Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.

Kembric Universiteti hər il dünyada araşdırma apararaq yüksək peşəkarlığı ilə seçilən şəxsləri mükafatlandırır. Bu il bu yüksək ada məhz Azərbaycanın şöhrətli opera müğənnisi Fidan Qasımova layiq görülüb. Yüksək xidmətlərinə görə onun adı musiqi mədəniyyəti ensiklopediyasında həmişə yaşayacaq.


Teqlər:  





Xəbər lenti