Azərbaycanlı biznesmen qətlə yetirilib

Azərbaycanlı biznesmen qətlə yetirilib
  24 Noyabr 2014    Oxunub:2761
Rusiyanın Krosnoyarsk diyarı Şuşensk rayonu ərazisində 46 yaşlı azərbaycanlının öldürməkdə şübhəli bilinən 22 yaşlı Tuva sakini saxlanılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumata əsasən Azərbaycan vətəndaşı yerli sakin olan qadından 40 min rubl borcu götürmək məqsədilə Şuşenk rayonuna gəlib. Qadın evdə olmayıb, o sanatoriyaya istirahətə gedib. Uşaqları və evə baxmaq üçün qadın Tuvada yaşayan qardaşlarını çağırıb.
Həmyerlimizi qarının qardaşlarının öldürdüyü ehtimal edilir. Hazırda Rusiya polisi faktla bağlı araşdırmalar aparır.

İş adamı gələn vaxt qardaşlar qarajda bacılarının maşınını təmir edirlərmiş. Onun yüksək tonla danışması sərxoş olan qardaşların xoşuna gəlməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Bu vaxt qardaşlardan biri tələbkar qonağı sinəsindən bıçaqla vuraraq qətlə yetirib. Bundan sonra onlar meyiti palaza bükərək qəsəbədən 40 km uzaqda yerləşən meşəyə aparıblar.

Mərhumun yaxınlarının müraciətindən sonra polis onun axtarışına başlayıb və cinayətin üstü açılıb. Qatil ifadəsində cinayətini etiraf edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti