Azərbaycanlı biznesmen Rusiyada şirkət alır

Azərbaycanlı biznesmen Rusiyada şirkət alır
  29 Aprel 2016    Oxunub:2592
Biz “Başneft” şirkətini real qiymətə almağa hazırıq. İndiki zamanda bu sövdələşmə bizə sərf edir.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “LUKOYL” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

Ələkbərovun sözlərinə görə, onlar hazırda bu istiqamətdə hökumətin təkliflərini gözləyirlər.

Xatırladaq ki, “Başneft” Rusiyanın iri neft şirkətlərindən biri hesab edilir. Onun aksiyalarının 60 faizindən çoxu dövlətə məxsusdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti