Azərbaycanlı balıqçılar Qazaxıstanı “ayağa” qaldırdı

Azərbaycanlı balıqçılar Qazaxıstanı “ayağa” qaldırdı
  27 Fevral 2015    Oxunub:2044
Qazaxıstanın “Sahil mühafizəsi” regional idarəsinin sərhədçiləri Xəzərdə brakonyerlik edən dörd Azərbaycan vətəndaşını saxlayıb.
Bu barədə AzVision.az “Today.kz”-a istinadən xəbər verir.

““Sakşı” gəmisini görən sərhəd sularını pozan şəxslər ərazini tərk etməyə cəhd ediblər. Köməyə sərhəd aviasiyasına məxsus “Mİ-28” tipli helikopter və gəmi gələrək, onların hadisə yerini tək etməsinə mane olub”, – deyə məlumatda bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti