Azərbaycanlı aktyor mükafatlandırıldı

Azərbaycanlı aktyor mükafatlandırıldı
  03 Sentyabr 2015    Oxunub:1430
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev Türkiyədə “Teatr tətili” yay məktəbində iştirak edib. Bu il yaradılan və Türkiyənin müxtəlif bölgələrindən məşhur teatr mütəxəssislərinin qatıldıqları məktəbdə aktyorumuz ustad dərsləri keçib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 2014-2015-ci il teatr mövsümündə İstanbulda nümayiş etdirilən tamaşaların yozumu və aktyor oyununu qiymətləndirən Türkiyənin nüfuzlu “XV Direklerarası Seyirci Ödülləri” qurumunun qərarı ilə aktyorumuz iki nominasiya üzrə mükafatlandırılıb.

“Ən yaxşı rejissor işi” nominasiyası üzrə mükafata aktyorun ötən mövsüm Antalya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığı eyniadlı tamaşa layiq görülüb. “Türkiyə xaricində mükafata layiq görülən teatrlar” nominasiyası çərçivəsində növbəti mükafata isə cari ilin mayında Dənizlidə keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən “Qaçaq qocalar” tamaşası layiq görülüb.

Həmin tamaşa ötən mövsüm Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən “Rejissorluq emalatxanası”nda Nofəl Vəliyev tərəfindən hazırlanıb.


Teqlər:





Xəbər lenti