Azərbaycanlı Rusiyada şəhər meri seçildi

Azərbaycanlı Rusiyada şəhər meri seçildi
  22 May 2015    Oxunub:5523
Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib.
AzVision.az “RİA Dagestan”-a istinadən xəbər verir ki, Dərbənd şəhər Məclisinin bugünkü iclasında keçirilən səsvermədə milliyətcə azərbaycanlı namizəd Azadi Rəhimov mer seçilib.

Rəhimov Dağıstanın milli siyasət nazirinin müavini Əlövsət Fərruxovu 1 səs çox toplayıb.

Fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov Dağıstanın 1958-ci ildə Tabarsan rayonunun Darvaq kəndində anadan olub. O, 1998-ci ildə Dağıstanın baş nazirinin müavini olub. 2002-ci ildə isə Dağıstan Respublikanın ədliyyə naziri olub.

Qeyd edək ki, Azadi Rəhimov bu ilin fevral ayının 16-dan Dərbənd şəhər merinin səlahiyyətlərini icra edib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti