Azərbaycanlı və erməni deputatlar görüşə bilər - (VİDEOXƏBƏR)

Azərbaycanlı və erməni deputatlar görüşə bilər - (VİDEOXƏBƏR)
  09 Dekabr 2016    Oxunub:4271
Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti görüş üçün razılıq verib.

AzVision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan erməni KİV-nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, görüş AŞPA-nın sədri Pedro Aqramuntun təşəbbüsü ilə keçirilə bilər.

Görüş baş tutacağı təqdirdə tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti