Azərbaycanlı milyarder Trampa görə 1,8 milyard qazanıb - (VİDEOXƏBƏR)

Azərbaycanlı milyarder Trampa görə 1,8 milyard qazanıb - (VİDEOXƏBƏR)
  10 Yanvar 2017    Oxunub:6977
Donald Trampın ABŞ prezident seçilməsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb.

AzVision.az-ın “Forbes”-ə istinadən məlumatına görə, buna səbəb Rusiyanın qiymətli kağızlarının dəyərinin artması və milli valyutanın möhkəmlənməsidir.

Trampın prezident seçilməsinin ardından sərvətini ən çox artıran 2016-cı ildə Rusiyanın ən varlı iş adamı seçilən “NOVATEK”-in rəhbəri Leonid Mihelson olub. Onun aktivlərinin dəyərini 1,9 milyard dollar artaraq 18,2 milyard dollara çatıb.

“NOVATEK”-in səhmdarlarından olan Gennadi Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri isə hazırda 1,8 mlrd. dollar təşkil edir. “Forbes” G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.

Trampın qələbəsi "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmləri 59% bahalaşıb.

“Forbes” qeyd edir ki, əgər amerikalı milyarderlərin sərvəti Trampın qələbəsindən sonra orta hesabla 2,8% artıbsa, ən varlı rusiyalıların sərvəti orta hesabla 7,1% artıb.



Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti