Azərbaycanla Türkiyə ticarət dövriyyəsində milli valyutalara keçə bilir

Azərbaycanla Türkiyə ticarət dövriyyəsində milli valyutalara keçə bilir
  08 Dekabr 2016    Oxunub:1954
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Çin, Rusiya və İranla ticarət dövriyyəsinin milli valyutalarla aparılması ilə əlaqədar bu ölkələrin liderlərinə müraciətindən sonra Ankarada mühüm işlər görülməyə başlanıb.
AzVision.az “Yenişafak”a istinadən xəbər verir ki, Türkiyənin İqtisadiyyat Nazirliyi və Xarici Ticarət Nazirliyi İran, Azərbaycan, Gürcüstan, Çin, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün danışıqlara start verir.

Danışıqların 2017-ci ilin ilk rübündə başlanması planlaşdırılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti