Azərbaycanla Küveyt arasında çarter uçuşlar başladı

Azərbaycanla Küveyt arasında çarter uçuşlar başladı
  21 Yanvar 2017    Oxunub:1973
Yanvarın 20-dən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus təyyarə ilə Azərbaycanla Küveyt arasında ilk çarter reysləri fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən AzVision.az-a verilən məlumata görə, “Əl-Kazimi Şirkətlər Qrupu” ilə razılaşmaya əsasən növbəti çarter reysləri cari ilin fevral, aprel, iyun, iyul və avqustda ayda bir dəfə həyata keçiriləcək.

AZAL-a məxsus təyyarənin yanvarın 20-də Küveytə ilk uçuşu ilə bağlı təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Küveyt mülki aviasiya şirkətinin, “Əl-Kazimi Şirkətlər Qrupu”nun nümayəndələri və respublikamızın Küveytdəki səfirliyin əməkdaşları iştirak edib. Müvəqqəti işlər vəkili Cavid Musayev və “Əl-Kazimi Şirkətlər Qrupu”nun prezidenti çıxış edib və iki ölkə arasında birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasının nəinki turizm sahəsində, eyni zamanda ölkələr arasında iqtisadi sahədə də əlaqələrin inkişafına təkan verəcəyi vurğulanıb.

Qeyd edək ki, Küveytin “Əl-Cəzirə” aviaşirkətinə məxsus təyyarə də yanvarın 20-də Azərbaycana ilk çarter reysi həyata keçirib.

Xatırladaq ki, 2016-cı il noyabrın 16-da Azərbaycan və Küveyt mülki aviasiya şirkətləri arasında “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti