Azərbaycanın yeni snayper tüfəngi - FOTO

Azərbaycanın yeni snayper tüfəngi - FOTO
  28 Sentyabr 2016    Oxunub:7309
Müdafiə Sənayesi Nazirliyi “ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində yeni snayper tüfəngini nümayiş etdirib.

AzVision.az xəbər verir ki, nümayiş etdirilən iri çaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.

Yeni NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1 m 900 sm, qundaq yığılanda isə uzunluğu 1 m 600 sm-dir. Darağı 5 güllə tutumuna malik olan snayper tək atışlı sistemə malikdir. Həmçinin yeni snayper tüfənginin optik nişangahı yerli məhsuldur.

MSN-in müəssisəsində yeni hazırlanan NST snayper tüfəngi daha da təkmilləşdiriləcək.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti