Azərbaycanın xarici dövlət borcu - 4 milyondan çox

Azərbaycanın xarici dövlət borcu - 4 milyondan çox
  16 Sentyabr 2014    Oxunub:1225
1 iyul 2014-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,5 faiz təşkil edib.
AzVision.az Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, borc vəsaitlərinin 7,7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

1 iyul 2014-cü il tarixinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10,8 faiz, ABŞ dolları - 60,6 faiz, avro - 24,3 faiz, yapon yeni - 2,3 faiz, İslam dinarı - 0.8 faiz, Səudiyyə rialı - 0,5 faiz, BƏƏ dirhəmi - 0,5 faiz, Küveyt dinarı - 0,2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

Həmçinin, bu ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq valyuta bazarlarında uğurla yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1,250,0 milyon ABŞ dollarında vəsait cəlb edilib və bununla da Azərbaycan dövlət borcunun uzunmüddətli (10 il) gəlirlik əyrisinin bünövrəsi qoyulub.

AzVision.az


Teqlər:





Xəbər lenti