Azərbaycanın üç qat dünya çempionu öldü - FOTOLAR

Azərbaycanın üç qat dünya çempionu öldü - FOTOLAR
  27 İyul 2016    Oxunub:21679
Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu Zərdüşt Həsrətov dünyasını dəyişib.
AzVision.azxəbər verir ki, bu barədə idmançının yaxın dostları sosial şəbəkədə yazıblar.

Məlumata əsasən 22 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.

İdmançının dostu Aydın Hüseynov AzVision.az-a bildirib ki, ilkin versiyaya görə idmançı ürəkçatışmazlığından həyatını itirib: “Onun ölümü ilə bağlı ekspertiza rəyi yaxın günlərdə bilinəcək”.

Aydın Hüseynov qeyd edib ki, indiyədək idmançının səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.











Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti