Azərbaycanın reytinqinə yenidən baxılıb

Azərbaycanın reytinqinə yenidən baxılıb
  27 Avqust 2016    Oxunub:1875
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.
AzVision.az Report-a istinadən xəbər verir ki, agentlik Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) “BB+”, proqnozu isə “neqativ” olaraq müəyyənləşdirib.

“Fitch” həmçinin Azərbaycanın xarici valyutada olan istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib.

Bununla yanaşı, Azərbaycanın qısa müddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) “B+” olaraq təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti