Azərbaycanın imtina etdiyi idmançı dünya çempionu oldu

Azərbaycanın imtina etdiyi idmançı dünya çempionu oldu
  31 Avqust 2015    Oxunub:19003
Efiopiyalı qaçış üzrə idmançı Mare Dibaba Çinin paytaxtı Pekində keçirilən Dünya çempionatında yüngül atletika üzrə marafon qaçışında dünya çempionu olub.
AzVision.az xəbər verir ki, Dibaba Dünya çempionatında marafonda qalib gələn ilk efiopiyalı qadın olub.

Qeyd edək ki, Dibaba 2009-cu ildə Mare və Mariya İbrahimova adı altında Azərbaycan yığmasının heyətində Avropa komanda çempionatında çıxış edərək 3000 və 5000 metrlik məsafələrdə qələbə qazanıb.

Dibaba Dehlidə yarışda 1:08:45 nəticəni göstərərək yarım marafonda Azərbaycan üçün rekord vurub. Amma 2010-cu ilin əvvəlində efiopiyalı idmançı vətəninə göndərilib. Onun yaşının saxtalaşdırıldığı müəyyənləşib.

Efiopiya bayrağı altında Mare 2014-cü ildə Çikaqo marafonunun, 2015-ci ildə Pekin marafonunun qalibi olub, indi isə Çinin paytaxtında Atletika üzrə Dünya Çempionu olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti