Azərbaycanın hərbi gəmiləri Rusiyada

Azərbaycanın hərbi gəmiləri Rusiyada
  29 İyul 2015    Oxunub:2491
Azərbaycan gəmiləri “Xəzər Kuboku-2015”də iştirak etmək üçün Mahaçqalaya gəlib.
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin 205 layihəli iki patrul-mühafizə kateri və dəniz buksiri Mahaçqala limanına daxil olub.

Azərbaycan gəmiləri Xəzər dənizində Xəzər donanmasının “Qrad Sviyajsk” və “Uqliç” kiçik raket gəmiləri ilə qarşılaşıb, xarici bölüyü limana “RB-39” reyd buksiri müşayiət edib.

Daha öncə Mahaçqalaya Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin iki raket-artilleriya gəmisi gəlib.

“Xəzər Kuboku” avqustun 1-dən 15-nə kimi, Xəzər dənizi akvatoriyasında ümumi sahəsi 300 kv.km olan xüsusi yaradılmış poliqonda keçiriləcək.

Yarış iştirakçıları, əsasən kiçik ölçülü dəniz və hava hədəflərini, üzən minaları məhv edəcək, şərti olaraq qəzaya uğrayan gəmiləri xilas edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti