Azərbaycanın dostu İsrailin müdafiə naziri oldu

Azərbaycanın dostu İsrailin müdafiə naziri oldu
  25 May 2016    Oxunub:2545
İsrailin sabiq xarici işlər naziri və “Bizim evimiz-İsrail” partiyasının rəhbəri Aviqdor Liberman ölkənin müdafiə naziri vəzifəsinə təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl baş nazir Benyamin Netanyahu Aviqdor Libermana müdafiə naziri postunu təklif etmişdi. Liberman siyasi müstəvidə Azərbaycanın dostu kimi tanınır.

Xatırladaq ki, mayın 20-də İsrailin müdafiə naziri Moşe Yaalon istefa verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti