Azərbaycandan qayıdan erməni 17 yaşlı qızı öldürdü

Azərbaycandan qayıdan erməni 17 yaşlı qızı öldürdü
  25 İyun 2016    Oxunub:12844
2014-cü ildə Azərbaycandan ölkəsinə təhvil verilən Ermənistan vətəndaşı Arsen Xocayan 17 yaşlı qızı öldürüb.
AzVision.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, erməni çobanın öldürdüyü Asthik Anisyan Loriysk vilayətinin Şnox kənd sakini olub.

Dünən gecə ağır vəziyyətdə xəstəxanaya çatdırılan erməni qızın bədənində deşilmiş- kəsilmiş yeddi dərin yara olub. Cinayətin törədilməsində şübhəli bilinən Verin Karmiraxbyur kəndinin 25 yaşlı sakini Arsen Xocayan həbs edilib. Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

2014-cü il martın 7-də Arsen Xocayan qoşunların təmas xəttini keçərkən Azərbaycan hərbçiləri tərəfindən tutulmuşdu. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.

Həmin il aprelin 10-da Xocayan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti