Azərbaycandan Gürcüstana 200 milyon ziyan

Azərbaycandan Gürcüstana 200 milyon ziyan
  27 Yanvar 2015    Oxunub:2964
Gürcüstandan Azərbaycana avtomobil ixracının azalması bu ölkənin eksportunu təxminən 200 milyon dollar aşağı salıb.
AzərTAc Gürcüstan kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, 2014-cü ildə bu ölkənin eksportu 2013-cü illə müqayisədə 1,4 faiz azalıb.

Gürcü ekspertlərinin qənaəti belədir: “Eksportun aşağı düşməsi minik avtomobillərinin reeksportu ilə bağlıdır. Bunun da obyektiv səbəbi var. Məlumdur ki, 2014-cü ilin yazında Azərbaycan Gürcüstandan avtomobillərin reeksport olunduğu mühüm bazarlardan biri idi. Bu bazarın məhdudlaşdırılması əvvəllər istifadə olunmuş avtomobillərin Gürcüstandan Azərbaycana satışını aşağı saldı və eksportun azalması mənzərəsini yaratdı”.

Ekspertlərin fikrincə, Azərbaycan qanunvericiliyində düzəlişlər olmasaydı, eksport nəinki azalmaz, əksinə 5 faiz artarıb.


Teqlər:





Xəbər lenti