Azərbaycandan Ermənistana məhsul aparılır

Azərbaycandan Ermənistana məhsul aparılır
  04 İyul 2015    Oxunub:6287
Azərbaycandan Ermənistana məhsullar ixrac olunur.

Bu barədə AzVision.az “Çorrord İşxanutyun” qəzetinə istinadən xəbər verir.

“Düzdür, ixrac olunan malların həcmi olduqca azdır amma faktın özü olduqca maraqlıdır. Azərbaycandan Ermənistana malların ixrac edilməsi faktı Ermənistan Maliyyə Nazirliyinin Gömrük Xidmətinin 2014-cü il üzrə hesabatında göstərilib. Hesabata əsasən Azərbaycandan Ermənistana 600 dollar dəyərində məhsul daxil olub”, - deyə qəzet yazır.

Nəşrin ehtimalına əsasən müvafiq dövr ərzində Ermənistana xalça aparılıb: “2011-ci ildə Azərbaycandan Ermənistana 8,5 min dollar dəyərində xalça aparılıb”.

Azərbaycan məhsulları qonşu ölkələr vasitəsi ilə Ermənistan bazarına çıxarılır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti