Azərbaycandan Avropa Parlamentinə növbəti etiraz

Azərbaycandan Avropa Parlamentinə növbəti etiraz
  18 Aprel 2015    Oxunub:1586
Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə təhlükəsizlik baxımından onsuz da həssas olan regionda sabitliyi pozmaq istiqamətində cəhddir.
Bu fikir Milli Məclisin deputatı, Avronest Parlament Assambleyanın vitse-prezidenti Elxan Süleymanovun qərəzli qətnamə ilə bağlı yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilir ki, həm Ermənistan, həm də əksər Avropa ölkələrində 1915-ci il hadisələrinə dair arxivlər hələ də bağlıdır və açıq-aydın görünür ki, arxivi açmaqdan imtina həqiqəti ermənilərin xeyrinə daha uyğun formada dəyişməyə dəlalət edə bilər.

Diqqətə çatdırılır ki, Avropa Parlamenti keçmişdə də belə ikili standartlar nümayiş etdirib. Qurum ermənilərin maraqlarını açıq müdafiə edir, qərəzli mövqedən əl çəkmir. Avropa Parlamenti Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa çağırmır. Faktiki olaraq 1992-ci ildə Xocalıda törədilmiş faciəni heç bir formada tanımır, halbuki Ermənistan qoşunları bütövlükdə Azərbaycan xalqına qarşı sübut olunmuş genosid törədib. Avropa Parlamenti Azərbaycanın Dağlıq Qarabağ regionunun, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarının işğalına göz yumur. Bu ilin mart ayında ermənilərin Azərbaycan xalqını soyqırımına məruz qoymasının 110 ili tamam oldu. Avropa Parlamenti nəinki bu soyqırımını tanımaq, hətta bu barədə xatırlamaq belə istəmədi.

Qeyd edilir ki, bu qətnamənin kökündə geosiyasi səbəblər və dini amillər durur. Avropa Parlamenti türk və erməni xalqları arasında dinc yanaşı yaşama, tolerantlıq, həmrəylik təbliği əvəzinə, ağılsız qətnamə ilə “sülhə yox” çağırışı səsləndirir ki, bu da gələcək nəsillər üçün çox təhlükəlidir. Bu addım bir çox avropalı vətəndaşların Avropa Parlamentindən narazılığının və ona inamsızlığının artmasının səbəbini izah edir.

Bəyanatda deyilir: “Biz tarix boyu işğalçılığı, təcavüzkalığı ilə tanınan, türk və Azərbaycan xalqlarını dəfələrlə soyqırımına məruz qoyan erməniləri haqsız olaraq müdafiə edən bu qərəzli qətnaməni rədd edirik”.

AzVision.az


Teqlər:





Xəbər lenti