Azərbaycandakı nurçu məktəbləri yenidən gündəmdə

Azərbaycandakı nurçu məktəbləri yenidən gündəmdə
  27 Yanvar 2015    Oxunub:5546
Türkiyənin baş nazirinin müavini Bülent Arınc nurçuların xarici ölkələrdə açdığı məktəblərin fəaliyyətindən danışıb.
AzVision.az xəbər verir ki, B.Arınç Azərbaycanda Gülən məktəblərinin bağlmasından söz açaraq bildirib ki, nurçu məktəblərində Türkiyə əleyhinə hansısa işlərin görülüb-görülmədiyi araşdırılacaq:

“Xarici ölkələrdəki məktəbləri bağlamaq səlahiyyətimiz yoxdur. Sadəcə o ölkələrlə danışıqlar apara bilərik. Buna misal olaraq Azərbaycandakı məktəbləri göstərmək olar. Oradakı nurçu məktəbləri bağlanıb. Biz dünyada hegemon dövlət deyilik və 160 ölkədə nurçu məktəbləri var, onların hamısına bu məktəbi bağlayın, bu məktəbi açın deyə bilmərik. Qanun nəyi tələb edirsə, ona uyğun hərəkət ediləcək.
Türkiyə və ya yerli iş adamları bu məktəbləri alaraq onların fəaliyyətinə nəzarət edə bilər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti