Azərbaycanda yeni mobil operator yaradılır

Azərbaycanda yeni mobil operator yaradılır
  25 İyul 2014    Oxunub:1126
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni mobil operatora lisenziya verməyi planlaşdırır”.
AzVision.az-ın marja.az-a istinadən məlumatına görə, bunu iyulun 24-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

“Çox şadıq ki, bu gün Naxçıvanda mobil sektor inkişaf edir, onlar özləri bunu həyata keçirirlər. Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyalar naziri Rövşən Məmmədov ilə müzakirə etmişik, həmçinin bu gün müzakirə edəcəyik. Əgər perspektiv varsa ona bütün Azərbaycan üzrə lisenziya verəcəyik. Bu, bütün Azərbaycan üzrə xidmət göstərən ilk regional operator olacaqdır. Həm də, indi fəaliyyət göstərən mövcud olan operatorlar arasında rəqabət yarana bilsin”, - nazir deyib.


Teqlər:  





Xəbər lenti